Gundelik.az Dünya Özbəkistan bu ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
Dünya Xəbərlər

Özbəkistan bu ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Özbəkistan 2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları üçün 30 gün müddətinə vizasız rejim tətbiq edəcək.

Gundelik.az xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyası “İnterfaks” agentliyinə məlumat verib.

Prezident Şavkat Mirziyoyevin imzaladığı fərmana əsasən, qərarın məqsədi iki ölkə arasında ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafını təşviq etmək, eləcə də turizm mübadiləsini stimullaşdırmaqdır.

Qeyd edək ki, bu ilin may ayında qəbul edilən fərmanda ölkəyə turist axınının artırılması məqsədilə ABŞ vətəndaşları üçün vizasız rejimin tətbiqi planlaşdırılmışdı. Həmçinin, Xarici İşlər Nazirliyinə ABŞ-a səfər edən Özbəkistan vətəndaşları üçün viza rejiminin yüngülləşdirilməsi istiqamətində Vaşinqtonla danışıqlara başlamaq tapşırılıb.

Xatırladaq ki, 2021-ci ildən etibarən 55 yaşdan yuxarı ABŞ və bir sıra digər ölkələrin vətəndaşları turizm məqsədilə Özbəkistana 30 günədək vizasız səfər edə bilirlər.

Gundelik.az 

Exit mobile version