Oktyabr 7, 2026
Baku

Xəbərlər

Dünya İqtisadiyyat Xəbərlər

İraq valyutası devalvasiya etdi

İraq neft ixracının azalması nəticəsində yaranan iqtisadi çətinliklər fonunda milli valyutası dinarı ABŞ dollarına qarşı 13% devalvasiya edib. Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir. Məlumata görə, İraq Mərkəzi Bankı əhali üçün dolların məzənnəsini 1320 dinardan 1520 dinar səviyyəsində müəyyən edib. Bu, İran müharibəsi başlayandan bəri Körfəz ölkəsinin milli valyutasını ilk dəfə devalvasiya etməsidir. Regiondakı əksər

Read More
İdman Xəbərlər

İspaniya yenə geri döndü: “La Roja”dan 42-ci məğlubiyyətsiz oyun

UEFA Millətlər Liqasının A Liqasında İspaniya yığması Xorvatiyanı səfərdə 2:1 hesabı ilə məğlub edərək möhtəşəm məğlubiyyətsiz seriyasını davam etdirib. Gundelik.az xəbər verir ki, Splitdə keçirilən qarşılaşmada hesabı 17-ci dəqiqədə İvan Perişiç açıb. İspaniya ilk hissədə geridə olsa da, fasilədən sonra oyunun axarını dəyişməyi bacarıb. İspanların dönüş qəhrəmanı isə meydana sonradan daxil olan Mikel Merino olub.

Read More
Siyasət Xəbərlər

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Gundelik.az-a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb. Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını

Read More
Dünya Siyasət Xəbərlər

Paşinyan Putini təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.  Gundelik.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Paşinyan Putini ad günü münasibətilə təbrik edib. “Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib və ona ən xoş arzularını çatdırıb”, – məlumatda deyilir. Tərəflər həmçinin

Read More
Hadisə Xəbərlər

Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Xəbərlər

Sahibə Qafarova: Azərbaycan dövlət idarəçiliyində rəqəmsal həlləri genişləndirir

Sahibə Qafarova: “Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş iştirakı üçün daha geniş imkanların yaradılması istiqamətində ardıcıl addımlar atır”. Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində PAİ Assambleyasının iclasında ümumi müzakirələrdə çıxışı zamanı deyib. Spiker bildirib ki, Milli Məclis də bu səylərə töhfə verir.

Read More
Xəbərlər

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Oktyabrın 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib. İlk növbədə, “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq

Read More
Ölkə Xəbərlər

Ağdam, Laçın və Cəbrayılda yeni uşaq bağçaları tikiləcək

Ağdam, Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulur. Gundelik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı layihə-smeta sənədləri hazırlanacaq. Sənədlər Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, həmçinin Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının tikintisini əhatə edəcək. Layihə-smeta sənədlərinin hazırlanması üçün 683 967,30 manat vəsait nəzərdə tutulub.

Read More
Xəbərlər

Sahibə Qafarova: Parlamentlər təcrübə mübadiləsi üçün mühüm platformadır

Sahibə Qafarova: “PAİ bizə təcrübə mübadiləsi aparmaq, bir-birimizdən öyrənmək və daha açıq, inklüziv və etimad qazanmış institutların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir.” Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada PAİ Assambleyasının iclasında çıxışı zamanı səsləndirib. O, bildirib ki, iştirakı gücləndirməklə və hər səsin eşidilməsini təmin etməklə biz icmalarımızın səlahiyyətlərini artıra

Read More
Elm və təhsil Xəbərlər

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatlarının adı məlum olub. Gundelik.az-ın məlumatına görə, builki mükafatı Henri B. Kagan və Kenso Soai qazanıb. Onlar bu mükafata asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə layiq görülüblər. Bu, kimyəvi reaksiyalarda müəyyən molekulların bir-birini daha çox yaratmasına və reaksiyanın öz-özünü sürətləndirməsinə yol açan prosesdir. Məlumat üçün bildirək ki, Henri

Read More