Oktyabr 7, 2026
Baku
Ölkə Xəbərlər

Ağdam, Laçın və Cəbrayılda yeni uşaq bağçaları tikiləcək

Ağdam, Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulur.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı layihə-smeta sənədləri hazırlanacaq.

Sənədlər Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, həmçinin Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının tikintisini əhatə edəcək.

Layihə-smeta sənədlərinin hazırlanması üçün 683 967,30 manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, layihələrin hazırlanması Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həyata keçiriləcək.