Dünyada ilk: Türkiyə PUA-lardan ballistik raket atır
Türkiyənin müdafiə sənayesi son illərdə sürətli inkişaf yolu keçərək strateji əhəmiyyətli layihələrə imza atır. Bu layihələrdən biri də ROKETSAN tərəfindən hazırlanmış və Baykar şirkətinin pilotsuz uçuş aparatları (PUA) ilə inteqrasiya edilən İHA-122 raketidir. Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar bu silah barədə danışarkən bildirib: “TB-3 PUA-sı İHA-122 raketini səsdən təxminən dörd dəfə yüksək sürətlə və
