İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Bu barədə Gundelik.az İKZF-dən məlumat əldə edib.
Məlumata əsasən, fondun xətti ilə İKZF-nin yaradılmasından indiyədək 54 331 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3,499 milyard manat təşkil edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.
Həmçinin kirayəçilərin istifadəsinə 6 974 yaşayış sahəsi verilib.
Gundelik.az

