ABŞ ordusu yeni bomba məhv edən robotu sınaqdan keçirəcək
Amerika Birləşmiş Ştatları (ABŞ) ordusu oktyabrın sonunda keçiriləcək təlimlər zamanı mina təmizləmə məqsədilə hazırlanan yeni robot platformasını sınaqdan keçirəcək. Gundelik.az “Army Recognition”a istinadən xəbər verir ki, robot minatəmizləyici sistemlə təchiz olunub və istehsalat şəraitində sınaqlardan keçiriləcək. Layihə ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən hazırlanmış RACER Heavy Platform (RHP) bazasında qurulub. 12
