Qadın xəyalət tərəfindən seksual təqibə məruz qaldığını iddia edib
"Annabel kuklası öz varlığını həqiqətən də "ekstremal" üsullarla büruzə verməyi sevir".
52 yaşlı britaniyalı qadın lənətlənmiş əşyalar muzeyində bir xəyalətin onun büstqalterinin çiynə keçirilən qayışından dartdığını bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə "Nottingham Post" xəbər verir.
Hadisə sentyabrın 26-da Cənubi Yorkşirin Roterem şəhərində yerləşən Haunted Objects Museum muzeyində baş verib. Culi Staniland ora 56 yaşlı əri Rocer və 30 yaşlı qızı Emi ilə birlikdə gəlib. Həyat yoldaşları paranormal hadisələri araşdırır və sosial şəbəkələrdə Spookseekers Paranormal adı ilə tanınırlar.
Onlar "cinlər otağı"na qalxarkən Rocer şüşə vitrinə qoyulmuş, "Lənət" filmindən tanınan Annabel adlı kuklanı göstərərək onun adını çəkib. Bir neçə saniyə sonra yüksək səsli çıqqıltı eşidilib və Culi diksinərək çiynindən yapışıb.
Müşahidə kamerasının görüntülərində qadının büstqalterinin qayışının dartılaraq geri sıçradığı, halbuki onun yanında heç kimin olmadığı görünür.
"Arxadan nəyinsə qayışı dartdığını və sonra buraxdığını hiss etdim. Bu, çox sürətli və gözlənilməz oldu. Biz hələ araşdırmaya belə başlamamışdıq", - deyə Staniland bildirib.
Qadın səsin o qədər güclü olduğunu etiraf edib ki, həmin vaxt yaxınlıqda olan əri və qızı da onu aydın şəkildə eşidiblər. O, qadınları məqsədli şəkildə seçərək onlara sataşan "nazlı" bir ruhla qarşılaşdığını düşünür.
"Aydındır ki, bu, qadınları hədəf alan bir ruhdur. O, özünü kifayət qədər oynaq apardı", - deyə qadın bildirib.
Məkanın sahibi Li Stir «cinlər otağı»nın "təhlükəli" ruhlarla dolu olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Annabel kuklası öz varlığını həqiqətən də "ekstremal" üsullarla büruzə verməyi sevir.
Daha əvvəl Britaniyada xəyalətlərin yaşadığı deyilən bir barın satışa çıxarıldığı barədə məlumat verilmişdi. Həmin məkan Stellinq-Minnis kəndində yerləşir.
Nuri
Gundelik.az