Balıq tutmaq üçün soxulcan axtararkən sərvət tapdılar: Torpağın altından 24 min sikkə çıxarıldı
İsveç tarixinin ən böyük sikkə xəzinəsi
İsveçdə balıq tutmaq üçün soxulcan axtaran bir cüt torpağı qazarkən həyatlarının sürprizi ilə qarşılaşıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, torpağın altından 24 min 100 gümüş sikkə və 144 tarixi əşya aşkarlanıb.
Yüzlərlə illik xəzinəni tapan cütlüyə 4 milyon İsveç kronu (təxminən 679 200 AZN) mükafat verilməsi qərara alınıb.
İsveçdə balıq tutmaq üçün soxulcan axtaran bir cüt torpağı qazarkən minlərlə tarixi sikkə ilə qarşılaşıb. Aparılan araşdırmalar nəticəsində 24 min 100 gümüş sikkə və 144 tarixi əşyanın tapıldığı müəyyənləşib. Cütlüyə milyonlarla kron məbləğində mükafat verilməsi qərara alınıb.
Balıq tutmaq üçün çıxdıqları adi bir gün isveçli cütlük üçün gözlənilməz kəşflə nəticələnib. Soxulcan tapmaq məqsədilə torpağı qazan cütlük yüzlərlə il əvvələ aid böyük bir xəzinəni üzə çıxarıb.
Torpaqdan minlərlə sikkə çıxarıldı
2025-ci ilin avqustunda Södertälje şəhəri yaxınlığındakı Mörkö yarımadasında baş verən hadisədən sonra əraziyə arxeoloqlar dəvət olunub. Aparılan qazıntılar zamanı mis qazanın içərisində gizlədilmiş minlərlə gümüş sikkə ilə yanaşı, üzüklər, kulonlar və müxtəlif bəzək əşyaları tapılıb.
İlkin araşdırmalar zamanı təxminən 20 min sikkədən ibarət olduğu ehtimal edilən kolleksiyanın ətraflı tədqiqatlar nəticəsində 24 min 100 gümüş sikkə və 144 müxtəlif tarixi əşyadan ibarət olduğu müəyyənləşdirilib.
İsveç tarixinin ən böyük sikkə xəzinəsi
Arxeoloqların araşdırmaları əşyaların Vikinqlər dövrünə və erkən Orta əsrlərə aid olduğunu üzə çıxarıb. Sikkələrin bir qismində XII əsrdə hakimiyyətdə olmuş İsveç kralı Knut Erikssonun adının yer aldığı müəyyən edilib.
Hörningsholm xəzinəsi adlandırılan kolleksiya İsveçdə indiyədək aşkar edilmiş ən böyük sikkə xəzinəsi kimi qeydə alınıb. Mütəxəssislər tapıntıların həmin dövrün ticarət əlaqələri, iqtisadi quruluşu və ictimai həyatı haqqında mühüm məlumatlar verə biləcəyini bildiriblər.
Dövlətdən 4 milyon kron mükafat
Tarixi əşyaları aşkar etdikdən sonra aidiyyəti qurumlara məlumat verən cütlük üçün milyonlarla kron məbləğində ödəniş qərarı qəbul edilib.
İsveç Milli İrs Şurası 21 may 2026-cı ildə açıqladığı qərarla xəzinənin dövlət tərəfindən satın alınmasını və onu tapan şəxsə 4 milyon İsveç kronu ödənilməsini qərara alıb.
Səlahiyyətli şəxslər mükafatın məbləği müəyyənləşdirilərkən əşyaların mədəni və tarixi dəyərinin nəzərə alındığını bildiriblər. Sözügedən məbləğ İsveçdə tarixi tapıntıya görə müəyyən edilmiş ən yüksək ödəniş kimi qeydə alınıb.
Nuri
Gundelik.az