Rəfiqəsinin sevgilisi ilə yaxalanan gənc qızdan qəribə müdafiə
İstanbulda yaxın rəfiqəsinin sevgilisinin evindən çıxarkən görülən gənc qadınla rəfiqəsi arasında küçədə dava düşüb.
Gundelik.az "Haberler"ə istinadən xəbər verir ki, gənc qadının “Oktay mənimlə yatmağa çalışdı, amma mən razı olmadım” şəklində özünü müdafiə etməsi təəccüb doğurub.
İstanbulda yaxın rəfiqəsinin sevgilisinin evindən çıxdığını görən qadınla rəfiqəsi arasında küçənin ortasında qalmaqal yaşanıb. Rəfiqəsinin sevgilisinin evindən ayrıldığını görən qadının buna etiraz etməsi ilə başlayan şifahi mübahisə qısa müddətdə böyüyüb.
“Alt paltarımı belə cırdı” deyərək özünü müdafiə etdi
Mübahisə zamanı özünü müdafiə edən gənc qadın “Oktay mənimlə yatmağa çalışdı, hətta alt paltarımı belə cırdı, amma mən razı olmadım” deyərək ona qarşı irəli sürülən iddiaları rədd edib.
Vətəndaşlar araya girdi
Küçədə səslərin yüksəlməsi və gərginliyin artması nəticəsində ətrafdakı vətəndaşlar tərəflərin arasına girərək onları sakitləşdirməyə çalışıblar.
Aysel
Gundelik.az