Azərbaycan Dövlət Pedaqoji Kollecində “İnklüziv Sosial İnkişaf” mövzusunda mühazirə keçirilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Kollecində “İnklüziv Sosial İnkişaf” mövzusunda mühazirə keçirilib - FOTO

27 oktyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “İnklüziv Sosial İnkişaf” mövzusunda mühazirə təşkil olunub.

Gundelik.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin və İsveçrənin Azərbaycandakı səfirinin müavini cənab Guy Bonvin iştirak ediblər.

Mühazirədə İsveçrənin Goetheanum təşkilatının müalicəvi və sosial pedaqogika üzrə mütəxəssisi Sonja Zausch və “Humayun” QHT-nin İdarə Heyətinin üzvü Zarema Yagizarova spiker qismində çıxış ediblər.

Çıxışlar zamanı inklüziv sosial inkişafın əhəmiyyəti, cəmiyyətdə bərabər imkanların yaradılması, eləcə də hər bir fərdin sosial həyata fəal iştirakının dəstəklənməsi məsələləri müzakirə olunub. İnklüziv yanaşmanın təşviqi və hər kəsin cəmiyyətin ayrılmaz hissəsi kimi qəbul edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində “Yurdum Social Eco-Village” nümayəndələrinin inklüziv səhnə çıxışı təqdim olunub. Həmçinin, proqram iştirakçılara “Arşın mal alan” tamaşasının nümayişi ilə davam edib.

Tədbirin sonunda kollecin direktoru Amalya Sezgin və İsveçrənin Azərbaycandakı səfirinin müavini Guy Bonvin iştirakçılara təşəkkürlərini bildirərək bu kimi təşəbbüslərin inklüzivliyin təşviqi, sosial həmrəyliyin gücləndirilməsi və cəmiyyətdə bərabər imkanların dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Gundelik.az

Foto qalereya

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.