Harri Keyn tarix yazdı: 25 ildən sonra “Qızıl top” yenidən ingiltərəli futbolçuya verildi!
Səsvermədə Kilian Mbappenin ikinci, Lamin Yamalın isə üçüncü yeri tutduğu bildirilir.
İngiltərə millisinin və “Bayern Münhen” klubunun ulduz hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb.
Gundelik.az xəbər verir ki, 33 yaşlı futbolçu bu uğurla karyerasının ən böyük nailiyyətlərindən birinə imza atıb.
Keyn 2025/26 mövsümündə nümayiş etdirdiyi məhsuldar oyunla diqqət çəkib. İngiltərəli hücumçu klub və milli komanda səviyyəsində ümumilikdə 73 qol vuraraq mövsümün ən çox müzakirə olunan futbolçularından birinə çevrilib. O, “Bayern Münhen”in uğurlarında da mühüm rol oynayıb.
Bu mükafatı qazanmaqla Keyn 2001-ci ildə Maykl Ovendən sonra “Qızıl top”a layiq görülən ilk ingiltərəli futbolçu kimi tarixə düşüb. Səsvermədə Kilian Mbappenin ikinci, Lamin Yamalın isə üçüncü yeri tutduğu bildirilir.
Uzun illər fərdi mükafatlardan kənarda qalan Harri Keyn üçün bu uğur karyerasında mühüm mərhələ hesab olunur. Onun “Qızıl top”a layiq görülməsi İngiltərə futbolu üçün də əlamətdar hadisə kimi qiymətləndirilir.
Ramal Bəhmənli
Gundelik.az