Yevlaxda AĞIR QƏZA: İki nəfər öldü

Yevlaxda AĞIR QƏZA: İki nəfər öldü

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Gundelik.az-ın məlumatına görə, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində yaralanan iki nəfər saat 13:10-da  Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onların həyatını xilas etmək mümkün olmayıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin ölümü qeydə alınıb.

Məlumata görə, ölənlərin hər ikisi avtomobil təmiri ustası olub.(APA)

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.