Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun

Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun

Bu, Yaponiyanın uzunmüddətli fəlakət risklərinə qarşı hazırlığını artırmaq məqsədi daşıyır.

Yaponiya hökuməti ölkədə baş verə biləcək güclü zəlzələlər və vulkan püskürmələri kimi təbii fəlakətlərə hazırlıq tədbirlərini gücləndirir. Vətəndaşlara evlərində ərzaq, içməli su və digər zəruri ləvazimatların ehtiyatını saxlamaq tövsiyə olunur.

Gundelik.az xəbər verir ki, Yaponiyanın Fəlakətlərin İdarə Edilməsi naziri Qoşi Hosono əhalini ən azı üç günlük, imkan daxilində isə bir həftəlik ərzaq, su və tualet ləvazimatları ehtiyatı toplamağa çağırıb.

Nazir televiziya proqramında çıxışı zamanı bildirib ki, böyük fəlakətlərdən sonra dövlət yardımının bütün ərazilərə dərhal çatdırılması mümkün olmaya bilər. Buna görə də ailələrin ilkin mərhələdə öz ehtiyaclarını müstəqil şəkildə qarşılamağa hazır olması vacibdir.

Hosono Yaponiyanın üzləşdiyi əsas təbii fəlakət riskləri sırasında Nankai çökəkliyində baş verə biləcək güclü zəlzələni, Tokio və ətrafına təsir göstərə biləcək zəlzələni, Kuril və Yaponiya dənizi çökəkliklərindəki seysmik təhlükələri, eləcə də Fuji dağının mümkün püskürməsini qeyd edib.

Qeyd edək ki, vətəndaşlara edilən çağırış konkret bir zəlzələ və ya vulkan püskürməsinin yaxınlaşması ilə bağlı xəbərdarlıq deyil. Bu, Yaponiyanın uzunmüddətli fəlakət risklərinə qarşı hazırlığını artırmaq məqsədi daşıyır.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.