Bu məhsulun kilosu 1 milyona qədər yüksəlir! Yığımına başlanıldı

Bu məhsulun kilosu 1 milyona qədər yüksəlir! Yığımına başlanıldı

20 sotluq ərazidə 70 kiloqram zəfəran əkib

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda uzun illər ticarətlə məşğul olan Kərim Erişmiş peşəsini buraxaraq kənd təsərrüfatına yönəlib.

Gundelik.az "Gaberler"ə istinadən xəbər verir ki, o, kiloqramının qiyməti 900 min ilə 1 milyon lirə (təxminən 30 700-34 100 AZN) arasında dəyişən zəfəranın yığımına başlayıb.

Ötən il sınaq məqsədilə 20 kiloqram zəfəran soğanağı əkən Erişmiş bu il daha 50 kiloqram əlavə edərək onların ümumi miqdarını təxminən 70 kiloqrama çatdırıb. Məhsul yığımının daha 15 gün davam edəcəyi gözlənilir.

20 sotluq ərazidə 70 kiloqram zəfəran əkib

Hakkarinin Yüksəkova rayonunda uzun illər ticarətlə məşğul olduqdan sonra peşəsini dəyişərək kənd təsərrüfatına başlayan Kərim Erişmiş zəfəran yığımına start verib. Bu qiymətli ədviyyatın bir kiloqramının dəyəri 900 min ilə 1 milyon lirə arasında dəyişir.

Rayonun Yoncalı məhəlləsində yerləşən 20 sotluq ərazidə təsərrüfat quran Erişmiş zəfəranla yanaşı, salep və sarımsaq da yetişdirir.

Ötən il sınaq məqsədilə 20 kiloqram zəfəran soğanağı ilə istehsala başlayan fermer bu il övladlarının da dəstəyi ilə daha 50 kiloqram soğanaq əkib. Beləliklə, əkilən zəfəran soğanaqlarının ümumi miqdarı təxminən 70 kiloqrama çatıb.

Dünyanın ən qiymətli ədviyyatlarından biri hesab olunan zəfəranın yığımı səhər tezdən başlayır.

Günəş çıxmamış yığılır

Kərim Erişmiş bildirib ki, məhsul yığımı təxminən bir həftədir davam edir və prosesin daha 15 gün çəkəcəyi gözlənilir.

O, çiçəklərin keyfiyyətini qorumaq üçün onların səhər erkən saatlarda yığılmasının vacib olduğunu vurğulayıb.

“Ötən il 20 kiloqram soğanaqla başladıq, bu il isə daha 50 kiloqram əlavə etdim. Hazırda təxminən 70 kiloqram zəfəran soğanağımız var. Məhsul yığımımız təxminən 15 gün də davam edəcək. Çiçəkləri səhər tezdən toplamalıyıq. Günəş şüaları düşəndə onların keyfiyyəti aşağı düşə bilər”, - deyə Erişmiş bildirib.

İstəyən hər kəsə dəstək verməyə hazırdır

Kərim Erişmiş Kənd Təsərrüfatı və Meşəçilik İdarəsindən aldığı dəstəklə istehsalını inkişaf etdirdiyini bildirib. Onun sözlərinə görə, zəfəran bölgə sakinləri üçün mühüm alternativ gəlir mənbəyinə çevrilə bilər.

Yüksəkova və ümumilikdə Hakkari ərazisində zəfəran yetişdirmək istəyən hər kəsə kömək etməyə hazır olduğunu bildirən fermer belə deyib:

“Bu işi görmək istəyən kim varsa, əlimdən gəldiyi qədər ona dəstək olaram”.

Digər tərəfdən, Yüksəkova Rayon Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin əməkdaşları da Erişmişin ərazisinə baş çəkərək istehsal və məhsul yığımı prosesi ilə tanış olub, araşdırmalar aparıb və məlumat əldə ediblər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.