Ekzorsistdən şok iddia: Süni intellekt yeni növ şeytani təsirə yol açır?

Ekzorsistdən şok iddia: Süni intellekt yeni növ şeytani təsirə yol açır?

"Qqadın öz ruh əkizini tapmaq qərarına gəlib və bunun üçün şübhəli saytlardakı bütün təlimatları yerinə yetirməyə başlayıb".

Amerikalı ekzorsist Bob Larson süni intellektdən (İİ) istifadə etməyin şeytani təsirin yeni növünün yaranmasına səbəb olduğunu iddia edib.

Gundelik.az xəbər verir ki, onun sözlərini "Daily Mail" nəşri yayıb.

Məşhur ekzorsistin sözlərinə görə, o, 50 il ərzində 50 min insanı cinlərdən azad edib. Larson iddia edir ki, son vaxtlar süni intellektdən istifadə etdikdən sonra cinlərin təsirinə düşdüyünü düşünən insanlarla daha tez-tez rastlaşır. O bildirib ki, həmin şəxslərə videobağlantı vasitəsilə kömək edir.

Larson əmindir ki, çat-botlar və ezoterik saytlar cavab axtaran insanları okkultizmə cəlb edə bilər. Onun fikrincə, müasir dövrdə spiritizm lövhələrini ChatGPT əvəz edib.

Ekzorsist internetdə “əkiz alov” anlayışı haqqında məlumat əldə edən bir qadının ona müraciət etdiyini də xatırlayıb. Bu ezoterik konsepsiyaya əsasən, hər bir insanın bir vaxtlar vahid bütöv təşkil etdiyi başqa bir ruh yarısı var. İddialara görə, həmin insanla qarşılaşmaq mənəvi oyanışa və həyatda ciddi dəyişikliklərə səbəb olur.

Larsonun sözlərinə görə, qadın öz ruh əkizini tapmaq qərarına gəlib və bunun üçün şübhəli saytlardakı bütün təlimatları yerinə yetirməyə başlayıb.

“Nəticədə, o, cinsi xarakterli şeytani təcrübələr yaşadı və bu, onun həyatını tamamilə alt-üst etdi”, — deyə Larson bildirib.

Xatırladaq ki, daha əvvəl Anqlikan kilsəsinin keşişi də uzun illər ərzində cinçıxarma mərasimləri keçirməsinin onu cəhənnəmin mövcudluğuna inandırdığını açıqlamışdı. Onun sözlərinə görə, psixoloji travmalar və zorakılıq insanın daxilinə fövqəltəbii varlıqların nüfuz etməsi üçün “qapı aça” bilər. Belə hallarda dua, onun fikrincə, sadəcə simvolik vasitə deyil, real təsir gücünə malik alətdir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.