Dəhşətli faciə: Atasının məzarının üzərində oturdu, uçqun altında qalaraq öldü
Braziliyanın Linares şəhərində yaşayan Adilson Marsaro atasının məzarına düşdükdən sonra həyatını itirib.
Gundelik.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.
Hadisə 48 yaşlı Marsaronun dostunun dəfn mərasimi zamanı baş verib. Qəbiristanlığın nəzarətçisinin sözlərinə görə, kişi mərasimə motosikletlə gəlib, orada olanlarla salamlaşdıqdan sonra atasının məzarına yaxınlaşıb.
Marsaro məzarın üzərindəki beton örtüyün üzərində əyləşərək dəfn mərasiminin başlamasını gözləyib. Gözlənilmədən beton konstruksiya uçub və kişi qəbir çuxuruna düşüb.
Hadisənin şahidləri dərhal xilasedicilərə xəbər versələr də, onların gəlişi gec olub. Marsaronun həyatını xilas etmək mümkün olmayıb.
Ertəsi gün kişi faciəli hadisənin baş verdiyi həmin qəbiristanlıqda dəfn edilib.
Xatırladaq ki, daha əvvəl ABŞ-də da qəbiristanlıqda baş verən bədbəxt hadisə nəticəsində 52 yaşlı Bret Makmayklın həyatını itirdiyi bildirilmişdi. Qəbirləri təmizləyən kişinin üzərinə çəkisi 318 kiloqram olan başdaşı düşmüşdü.
Nuri
Gundelik.az