Archie Browndan Abdülkerim Bardakcıya qalmaqallı sözlər: “Bunu qadın kimi etdi”

Archie Browndan Abdülkerim Bardakcıya qalmaqallı sözlər: “Bunu qadın kimi etdi”

“Videoya baxsanız, ilk kimin hücum etdiyini görərsiniz”.

“Qalatasaray”ın “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub etdiyi derbidən sonra yaşanan gərginliklə bağlı yeni görüntülər ortaya çıxıb. Abdülkerim Bardakcı ilə Archie Brown arasında baş verən insidentdən sonra hər iki futbolçu hadisənin necə başladığı barədə açıqlama verib.

Gundelik.az xəbər verir ki, Trendyol Super Liqasının 9-cu turunda RAMS Parkda keçirilən “Qalatasaray” – “Fənərbağça” derbisinin final fitindən sonra meydanda gərginlik artıb.

Kerem Aktürkoğlu ilə Roland Sallai arasında başlayan mübahisə böyüyüb, Abdülkerim Bardakcı ilə Archie Brown arasında da qarşıdurma yaşanıb.

“Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra futbolçular və məşqçi heyətləri arasında gərginlik yaranıb. Kerem Aktürkoğlu ilə Roland Sallai arasında başlayan mübahisəyə digər oyunçuların da qoşulması meydandakı vəziyyəti daha da gərginləşdirib. Tərəflər bir-birindən ayrıldıqdan sonra “Qalatasaray”ın futbolçuları qələbəni meydanda qeyd ediblər.

“Fənərbağça”nın futbolçusu Archie Brown qarşıdurma zamanı komanda yoldaşı Matteo Guendouzini müdafiə etmək üçün hadisəyə müdaxilə etdiyini bildirib. Brown, Abdülkerim Bardakcının Guendouzinin saçından tutduğunu iddia edərək belə danışıb:

“Matçın sonunda Abdülkerim Guendouzinin saçından tutdu, mən də Guendouzini müdafiə etdim. O isə boynuma qadın kimi belə etdi! Qadın kimi cırmaqlayır və saçdan dartırlar”, - deyə Brown bildirib.

“Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcı isə hadisənin başlanğıcı ilə bağlı fərqli məqama diqqət çəkib. Baş verənlərin görüntülərdən aydın olacağını bildirən təcrübəli futbolçu belə deyib:

“Videoya baxsanız, ilk kimin hücum etdiyini görərsiniz”.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.