Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

Gundelik.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

"Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreya mərmisinin texniki xüsusiyyətlərini və uçuş məsafəsini təhlil edir", - məlumatda deyilir.

Yaponiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, Şimali Koreya ballistik raket buraxıb, o, artıq dənizə düşüb.

Hazırkı vaxta qədər buraxılışın digər detalları açıqlanmayıb.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.