Bu gün yeni ombudsman seçiləcək
Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) bu gün seçiləcək.
Gundelik.az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, plenar iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələyə baxılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, bu vəzifəyə üç namizədin adı təqdim edilib. Onlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.