Nazirlər Kabineti 200 minlik avtomobillər alır
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti xidməti minik avtomobilləri satın alır. Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb. Sifariş ediləcək 3 ədəd avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir. Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkət axtarışındadır. Eyni zamanda Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203 550 manata başa gələcəyini proqnozlaşdırıb. Gundelik.az
