İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Nazirlər Kabineti 200 minlik avtomobillər alır

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti xidməti minik avtomobilləri satın alır.

Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

Sifariş ediləcək 3 ədəd avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir.

Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkət axtarışındadır.

Eyni zamanda Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203 550 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az