İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

“Aqrarkredit”ə məxsus qeyri-yaşayış binası satışa çıxarıldı

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (BOKT) balansında olan qeyri-yaşayış binası satışa çıxarılır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılacaq qeyri-yaşayış binası Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi 25-də yerləşir.

Hərracın iyunun 4-də saat 11:00-da keçirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır.

Gundelik.az