Gundelik.az Ölkə “Aqrarkredit”ə məxsus qeyri-yaşayış binası satışa çıxarıldı
Ölkə Xəbərlər

“Aqrarkredit”ə məxsus qeyri-yaşayış binası satışa çıxarıldı

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (BOKT) balansında olan qeyri-yaşayış binası satışa çıxarılır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılacaq qeyri-yaşayış binası Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi 25-də yerləşir.

Hərracın iyunun 4-də saat 11:00-da keçirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır.

Gundelik.az

Exit mobile version