Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yeni nəqliyyat vasitələri alır.
Bu barədə Gundelik.az agentlikdən məlumat əldə edib.
Məlumata əsasən, hərəsindən bir ədəd olmaqla su daşıyan, məişət tullantıları daşıyan və sərniçin daşıma avtomobillərinin satın alınması nəzərdə tutulub.
Agentlik hazırda sözügedən nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.
Eyni zamanda qurum bu avtomobilləri alınmasının 687 940 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

