Azərbaycan Dövlət Su Ehiyyatları Agentliyi (ADSEA) yeni su və yanacaq daşıyan maşınlar sifariş edib.
Gundelik.az-ın məlumatına görə, ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidməti 12 ədəd su, 5 ədəd isə yanacaq daşıyan maşın alır.
Belə ki, qurum sifarişlə bağlı “Ramma” şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1,4 milyon manat ödənilib.
Gundelik.az

