Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi yeni xidməti minik avtomobilləri sifariş edəcək.
Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.
Məlumata görə, 15 ədəd xidməti minik avtomobilinin alınması nəzərdə tutulub.
Nazirlik hazırda avtomobilləri təhvil verəcək şirkət axtarışındadır.
Eyni zamanda nazirlik sözügedən nəqliyyat vasitələrinin satın alınmasının 321 750 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

