Gundelik.az Ölkə “Azərdövlətsənayelayihə” 150 min manatlıq avtomobil alır
Ölkə Xəbərlər

“Azərdövlətsənayelayihə” 150 min manatlıq avtomobil alır

“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu xidməti minik avtomobili sifariş edəcək.

Gundelik.az bu barədə qurumdan məlumat əldə edib.

Belə ki, satın alınması nəzərdə tutulan bir ədəd xidməti minik avtomobilinin 2024-cü il istehsallı və qara rəngdə olması əsas şərtlərdəndir.

Qurum hazırda sözügedən nəqliyyat vasitəsini təhvil verəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum bu avtomobilin 150 450 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az 

Exit mobile version