İsrailin Baş naziri Benyamin Netanyahu müsəlman namizəd Zohran Mamdaninin Nyu-Yorkun meri seçiləcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onu həbs edə biləcəyi ilə bağlı sözlərinə “Prezident Trampla oraya (Nyu Yorka – red.) gedəcəyəm” deyərək cavab verib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı jurnalistlərin suallarını cavablandırıb.
Tramp həmçinin Mamdanini tənqid etdiyini təkrar edərək bildirib ki, Mamdani 4 noyabr seçkilərində qalib gəlsə belə, Ağ Evə ehtiyacı olacaq.
Prezident Tramp: “Hər şey Ağ Evdən keçir. Ona makler vasitəsilə pul lazımdır. Yaxşı olar, yoxsa böyük bəlaya düçar olar”.
Nyu-York Nümayəndələr Palatasının üzvü Mamdani şəhərdə Demokratlar Partiyasının meri seçkilərində üstünlük qazanıb. 33 yaşlı Mamdani noyabrın 4-də keçiriləcək seçkilərdə qalib gəlsə, Nyu-Yorkun ilk müsəlman və Cənubi Asiyadan olan meri olacaq.
Mamdani 2024-cü ildə qoşulduğu televiziya proqramlarından birində Netanyahunun Nyu-Yorka gəlsəydi həbs edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq belə demişdi: “Mən bələdiyyə sədri olsaydım, Nyu-York şəhəri Netanyahunu həbs edərdi. Bu, beynəlxalq hüquqa uyğun dəyərlərə malik bir şəhərdir. Davranışımız indi həmin dəyərlərə uyğun olmalıdır”.
Gundelik.az

