Gundelik.az Elm və təhsil Bakıda bu liseyin ləğvinə başlanılır
Elm və təhsil Xəbərlər

Bakıda bu liseyin ləğvinə başlanılır

Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğvinə başlanılır.

Gundelik.az xəbər verir ki, bu barədə lisey özü məlumat yayıb.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1026 Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi, ev 5 ünvanına bildirə bilərlər.

Qanuni təmsilçisi Aslanov İlkin Rafiq oğlu olan təhsil kompleksi 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Liseyin açılışı isə 2014-cü ilin sentyabrında olub.

Lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşib. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib. Tədris fransız dilində aparılıb.

Gundelik.az 

Exit mobile version