İyul 8, 2026
Baku
Ədəbiyyat Xəbərlər

Duyğuların şeir dili

Daha bahar da bir, xəzan da birdi,
Gedişin ömrümə qışı gətirdi.
Tanrıya üsyanım inanma dinə,
Göydən ən sonuncu daşı gətirdi.
Belə yıxmamışdı bu günə kimi,
Belə xırdalayıb qum etməmişdi.
Əridib içimdə qalan inadı,
Ovcunun içində mum etməmişdi.
Düşdü gözəlliyi, varanə oldu,
Dünya başdan başa xaraba indi.
Bir bayquş ulayır evsiz, yuvasız,
Bir qanad uçmayan, çırpınıb, endi.
Çiçəklər ətrini saçmaz bir daha,
Yağış yas tutacaq bu sevgimizə.
Günəş açmayacaq ürəyimizdə,
Yerlə göy birlikdə qıydılar bizə.
Sənin əllərində kiminsə əli,
Mənim taleyimdə izsiz bir cığır.
Cənnət yazılmadı yenə ömrümə,
Cəhənnəmə getsən məni də çağır.
Gəlim günahını azaltmaq üçün,
Gəlim orda sənə naz satmaq üçün…
***********************************
Daha uğur gətirmir uğur böcəkləri də,
Daha ” Tanrı” deməyə dilinin yox taqəti.
Düşüncə gücü yetmir, iki yol ayrıcında,
Saf- çürük edə bilmir yalanla həqiqəti.
Dünəni gömsün deyə arzular məzarına,
Bir dərin quyu qazdı, kəndirə çatmaz əli .
Ayaq yalın, baş açıq düşüb yolun ağına,
Gah gülür, gah ağlayır, gah ağı deyir dəli.
Sığal çəkir telinə, daş götürür əlinə,
Ömrünün qatilinin qarasına tullayır,
İnim- inim inləyən, nalə çəkən ruhuna,
Sağalda bilmədiyi yarasına tullayır.
Gəlirəm,gözlə,deyir, üzünün gülüşünü,
Yanına düşmüş əlin istisini arayır.
Geri dönüşü yoxdu, indi nə ola,ola,
Alovu sönmüş cismin tüstüsünü arayır.
Daşları ətəyində nəğmə deyir sabaha,
Dəli yolun ağında, yolun ağımı olur?
Düzüb qoşub danışır sevgi hekayəsini,
Əfsanə deməyim də, “Dəli nağılı ” olur.
Dili dönmür başlasın ” Biri var idi ” deyə,
Dəli baxışlarıyla ” Biri var imiş ” deyir.
Üzünün cizgiləri, saçının buruqları,
Dodaqlarının çatı, dırnaqları göynəyir…
Dəli nağıl söyləyir…
*************************************************
Daha deyiləsi sözüm qalmayıb ,
Bitib,gözlərimdə yaş da tükənib.
Əl atdım, boşluğa dəyib qayıtdı,
Şeytana atmağa daş da tükənib .
İndi göy üzündən asılı qalıb,
Qırıq qanadlarla uçmaz mələklər.
Çiçəklər solğundu, gün öləziyib,
Ətrafda uçuşur boz kəpənəklər .
İndi dəniz mənə nəğmə deməyir,
Görüşə gəlməyir ay pəncərəmə.
Boynu bükük qaldı, kimsə bilmədi,
Ən böyük ağrısan tay pəncərəmə.
İndi ürəyimə xatirən yükdü,
İndi sənsizliyin səndən böyükdü.
Ən çılğın duyğular səsini udub,
Ruhumun ən soyuq yerinə çökdü.
İndi nə mən varam ,nə də yaddaşım,
Səssizlik ən yaxın  könül sirdaşım.
Daha bu dünyadan üzüb əlimi,
Az gedim, üz gedim ,tez nağıllaşım…
*********************************************
Daha deyiləsi sözüm qalmayıb ,
Bitib,gözlərimdə yaş da tükənib.
Əl atdım, boşluğa dəyib qayıtdı,
Şeytana atmağa daş da tükənib .
İndi göy üzündən asılı qalıb,
Qırıq qanadlarla uçmaz mələklər.
Çiçəklər solğundu, gün öləziyib,
Ətrafda uçuşur boz kəpənəklər .
İndi dəniz mənə nəğmə deməyir,
Görüşə gəlməyir ay pəncərəmə.
Boynu bükük qaldı, kimsə bilmədi,
Ən böyük ağrısan tay pəncərəmə.
İndi ürəyimə xatirən yükdü,
İndi sənsizliyin səndən böyükdü.
Ən çılğın duyğular səsini udub,
Ruhumun ən soyuq yerinə çökdü.
İndi nə mən varam ,nə də yaddaşım,
Səssizlik ən yaxın  könül sirdaşım.
Daha bu dünyadan üzüb əlimi,
Az gedim, üz gedim ,tez nağıllaşım…
********************************************
Yaman əmin idin, yaman arxayın,
Hara gedr-getsin, geri dönəcək.
Niyə düşünmədin, niyə
 bilmədin ,
Sığal çəkmədiyin sevgi öləcək.
Daha dodağımın gülüşü sənsiz,
Daha bu baxışda rəsmin qeybdir.
Soyuq əllərimi tutma, nə olar,
Səninçün günahdır,mənə eyibdir.
Baxmır yollarına həsrətim, yorğun,
Ətrini istəmir son nəfəs kimi.
Sənin məhəbbətin dilin ucunda,
Müqəddəs deyil ki, bir həvəs kimi.
Çarmıxa çəkilib duyğularımız,
Sənə yol göründü,mənə sükunət.
Get,daha gəlişin gözləməyirəm,
Get,daha ömürlük bitsin bu həsrət.
Tikərəm hünərin çatmayan evi,
İşığı ümiddən, qapısı nurdan.
Pərdəsi sevgili , tavanı məğrur,
Hasarı güvəndən, divarı qürur.
Və yenə dilimdə həmin bayatı:
Mən aşiq nə gözlərsən,
Gözlərim nə gözlərsən?
O yar səni gözləmir,
Sən onu nə gözlərsən?
Zərrintac Teymur
Gundelik.az