Oktyabr 10, 2026
Baku
Ölkə Xəbərlər

Qubada tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası işləri həyata keçiriləcək.

Gundelik.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixi evlərin bərpası işlərinin satın alınması üzrə müqavilə “Qara Qaya” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə bağlanıb.

Müqavilənin ümumi dəyəri 627 892,77 manat təşkil edir.

Bərpa işlərinin qoruğun ərazisində yerləşən tarixi evlərin qorunması və onların ilkin memarlıq xüsusiyyətlərinin saxlanılması baxımından əhəmiyyət daşıdığı bildirilir.