Sentyabr 25, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

Qəlbin payızından düşən misralar

Bəzən çox buludlar başım üstündə,
Fırtına qoparıb, tufan qalarsan.
Sanki yorulub, bütün ruhunu
Fikirlər içində çaşqınlaşarsan.”
Nə imdad dilə, nə dərdə doyma,
İçində yaşarıb, onları ovma
Lazım olmayanı boşluğa qoyma,
Tənhalığa deyib ruhunu yorma.
Səni sənli edən, sən olacaqsan.
Hamıdan yaxın da özünü görüb,
Özünə yetməyi öyrənəcəksən.
Kimsənin köməyin kənara qoyub,
Ruhunun səsini dinləyəcəksən.

Pərvanə İsgəndərova 

Şairə, İqtisadçı- sahibkar 

Gundelik.az