Avqust 23, 2026
Baku
Ədəbiyyat

Zəfərimizin poeziya səsi

Hər daşın qayan tarixdir, Susam!

Xanın səsi, uca dağlarından

Bülbülün nəğməsi,

Xarıbülbülünün saf damarından,

Cabbarın, Seyidin bulaqlarından

Daha kimlər, kimlər…

Sənin gözəlliyindən ilham aldılar,

Üzeyirin, Niyazin  bu ilhamı

Bu dünyaya yaydılar.

Müsiqi beşiyi, şərqin gözəli,

Azərbaycanımın inci bəzəyi.

Hər daşın qayan tarixdir, Susam.

 

Gözüm sətirlərdə,  nələr görürəm,

Hər daşın qayan tarixdir, Susam.

Sən basılmazdın yağı düşmənə,

Alçaqlar, xainlər dəstək  oldular.

Səni darda qoymaz Azərbaycanın,

Alçaqlar xainlər oyun qurdular.

Göz yaşı içində səbirlə  dözdün,

Qan tökülməsin deyə  ipləri çözdün.

Hər daş, qayan tarixdir, Susam.

 

Hələ belə qəlb sevinc görmədim, Şuşam,

Dəmir yumruqlu, baş komandanım!

Böyük fəxarət və qürur hissi ilə

Bəyan edirəm: “Şuşa şəhəri azad edildi!” —dedi.

 

Bir fırtına qopdu mənim elimdə,

Sevinc qanadlanıb fəzaya qalxdı.

Dünyanı unudub, hər kəs əlində

Üçrəngli bayraqla  meydana axdı.

Çünki, sən azaddın, azaddın, Şuşam,

İyirmi səkkiz illik zəncir qanadla

Həsrət göz yaşımı axıtdın, Şuşam!

…Nəhayət, Azərbaycanına qovuşdun, Şuşam.

Hər daşın, qayana tarixdir, Şuşam.

 

Niyə bu qədər gözəlsən,

Bu qədər qürurlu?

Bu qədər başı bəlalı,

Dağların başında, qəlbi yaralı…

Niyə bu qədər gözəlsən,

Bu qədər zərif.

Bu qədər sevimli, taleyin acı

Bu qədər sevimli, taleyin açıq —

Azərbaycanımızın başının tacı,

Hər daşın, qayana tarixdir, Şuşam !

 

Ana, məni bağışla !

Mən şəhidəm, anacan,

Əgər bacarsan, məni bağışla.

Deyərdin: “Həyatımsan,

Varlığım, muradımsan”.

Baxardın gözlərimə,

Oxşayıb tellərimi,

Deyərdin: “Dayağımsan”.

 

Həmişə düşünərdim,

Səninlə bölüşərdim.

Sənin qayğını çəkib,

Necə sevinc verəcəm?

 

Ağaran saçlarına

Necə sığal çəkəcəm?

Mən səni bu dünyanın

Ən sevilən anası,

Arzuların qoynunda

Necə xoşbəxt edəcəm?..

 

Pərvanə İsgəndərova 

Şairə, İqtisadçı- sahibkar 

Gundelik.az