Sentyabr 1, 2026
Baku
Ədəbiyyat

“Yerin Daşıdığı, Göyün Bildiyi”- Vəsilə Mövsümqızı qələmi

Yerin çəkdiyi dərdi
Göy sahibi bildimi?
Min günahın bədəlin
Bir savaba sildimi?
Anam məni atmışdı
Dərd başımı qatmışdı
O uşaq ac yatmışdı
Gecə Allah gördümü?
Kədərliydi, nağıldı
Ömrü elə ağırdı…
Deyir Allah çağırdı
Görən o qız öldümü?..
Vəsilə Mövsqümqızı
Fəlsəfə üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim, şairə 
Gundelik.az