Oktyabr 9, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Oil rig, created with Generative AI technology

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,04 ABŞ dolları və ya 6,42 faiz artaraq bir barel üçün 133,23 ABŞ dollarına çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,83 ABŞ dolları və ya 6,83 faiz artaraq 122,39 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,81 ABŞ dolları və ya 8,05 faiz artaraq bir barel üçün 91,45 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,65 ABŞ dolları və ya 5,15 faiz artaraq bir barel üçün 135,74 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

“Trading Economics”in məlumatına görə, cümə günü xam neftin bir barelinin qiyməti 91 dollardan aşağı düşərək əvvəlki sessiyada əldə etdiyi artımın bir hissəsini itirib.
“Buna səbəb ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə ABŞ-nin İranla “məhsuldar müzakirələr” apardığını və aralıq seçkilərdən əvvəl bu ölkəyə hücum etməyəcəyini bildirməsi olub.

Tramp həmçinin Hörmüz boğazından rekord həcmdə xam neftin daşındığını iddia edib. Bununla yanaşı, o, ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasının tam qüvvədə qalacağını vurğulayıb.

Lakin sonradan yayılan məlumatlarda ABŞ-nin İrana qarşı üç gün davam edə biləcək zərbələr endirmək planları hazırladığı bildirilib. Hədəflər arasında pilotsuz uçuş aparatları və raket ehtiyatları, enerji infrastrukturu və digər obyektlər yer alıb.

Cümə axşamı Tehran Hörmüz boğazından keçən tankerlərə hücumları intensivləşdirdikdən sonra neft qiymətləri 5,6%-dək yüksəlib. Son bir həftə ərzində doqquz gəminin hücumlara məruz qaldığı bildirilir.

Bu arada, İsayas qasırğası Meksika körfəzində dənizdəki neft hasilatını təhdid edib. Bu səbəbdən neft istehsalçıları gündəlik təxminən 1,3 milyon barel həcmində xam neft hasilatını dayandırıblar”, – məlumatda qeyd edilib.