Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, ABŞ 2025-ci ilin ikinci yarısında bu ölkədəki hərbi iştirakını artıracaq və Finlandiyada, eləcə də Baltik dənizi regionunda keçirilən birgə təlimlərdə fəal iştirak edəcək.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Bəyanatda bildirilir ki, məqsəd hərbi hazırlığı gücləndirmək, tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək və bölgədə təhlükəsizliyi təmin etməkdir.
Finlandiya Müdafiə Nazirliyi iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın, xüsusilə də mövcud qlobal şəraitdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb. ABŞ ordusunun bölgədə yerləşdirilməsi Vaşinqtonun Finlandiya və Baltik dənizi regionu ilə əməkdaşlığa sadiqliyinin göstəricisi kimi qiymətləndirilir.
HazırdaABŞ-daən olan dəniz piyadaları Uusimaa və Sahil briqadalarında yerləşdirilib. Onların təxminən bir ay Finlandiyada qalacağı gözlənilir.
Bundan əlavə, iyulun 10-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığı ilk dəfə İslandiyanın limanına daxil olub. ABŞ-nin İslandiyadakı müvəqqəti işlər vəkili Erin Soyer bildirib ki, Vaşinqton və Reykyavik Arktikada gərginliyin azaldılmasını dəstəkləyir. Diplomat eyni zamanda Rusiyanı bu bölgədə hərbi mövcudluğunu artırmaqda ittiham edib.
Qeyd edək ki, daha əvvəl Finlandiya Ukraynanın tamamilə məhv ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Gundelik.az

