ABŞ Finlandiyada hərbi iştirakını gücləndirir
Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, ABŞ 2025-ci ilin ikinci yarısında bu ölkədəki hərbi iştirakını artıracaq və Finlandiyada, eləcə də Baltik dənizi regionunda keçirilən birgə təlimlərdə fəal iştirak edəcək. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Bəyanatda bildirilir ki, məqsəd hərbi hazırlığı gücləndirmək, tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək və bölgədə təhlükəsizliyi təmin etməkdir. Finlandiya Müdafiə Nazirliyi
