Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü çərçivəsində Prezident Sarayında Fransa Prezidenti Emmanuel Makronla qapalı görüş keçirib.
Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, görüşdə Ərdoğanla birlikdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti iştirak edib.
