Azərbaycan və Finlandiya qarşılıqlı investisiya qoyuluşlarını kəskin artırdılar
Cari ilin ilk 6 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,406 milyon ABŞ dolları təşkil edib. Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir. Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,746 milyon dollar və ya 12,9 dəfə çoxdur. Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyadan olan investisiyaların payı 0,7 faiz təşkil
