İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İspaniyada meşə yanğınları: ölənlərin sayı artır

İspaniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölkənin şimal-qərbində yerləşən Kastiliya və Leon muxtariyyətində yanğınsöndürən maşının aşması nəticəsində bir yanğınsöndürən həlak olub.

Ötən həftə İspaniyada daha 3 nəfər ölüb.

İstilər səbəbindən sürətlə yayılan yanğınların söndürülməsinə 2 minə yaxın hərbçi cəlb olunub.

Yanğının əsas qaynar nöqtələri Qalisiya, Kastiliya və Leon, Asturiya və Ekstremadura muxtar icmalarıdır.

Gundelik.az