İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp və Zelenski bu gün Ağ Evdə görüşəcək: gündəlikdə nə var?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski Ağ Evdə keçiriləcək gözlənilən görüşdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

Bu barədə Gundelik.az “NBC News”a istinadən xəbər verir.

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, görüş liderlərə Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarını müzakirə etmək imkanı verəcək və bu təminatlar NATO Nizamnaməsinin 5-ci maddəsinin müddəalarına bənzəyə bilər.

Daha əvvəl məlum olub ki, Tramp və Zelenski arasında danışıqlar Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və təxminən bir saat davam edəcək. Görüşdən sonra ABŞ prezidenti Avropa İttifaqının nümayəndələri ilə çoxtərəfli danışıqlar aparacaq.

Bildirilib ki, Tramp Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşəcək.

Gundelik.az