Türkiyənin Adana şəhərinin İmamoğlu rayonunun Üçtəpə məhəlləsində dünən saat 15:57-də başlayan meşə yanğını nəzarət altına alınıb.
Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir.
məlunata görə, Meşə Regional Müdirliyinin əməkdaşları tərəfindən həyata keçirilən müdaxilə gecə boyu davam edib. Nəticədə yanğının qarşısı alınıb və hazırda ərazidə soyutma işləri aparılır.
Yanğının söndürülməsinə 2 yanğınsöndürmə təyyarəsi, 6 helikopter, 23 su maşını, 11 yük maşını, təchizat vasitələri, tikinti texnikası və ümumilikdə 182 nəfərlik şəxsi heyət cəlb olunub.
İlkin araşdırmalar hadisənin qəsdən törədildiyini göstərir. Faktla bağlı jandarma tərəfindən istintaqa başlanılıb.
Yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfərə isə əraziyə cəlb olunan 112 Təcili Tibbi Yardım qrupları tərəfindən ilkin tibbi yardım göstərilib.
Gundelik.az
