ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında ikinci prezidentlik müddətində vəzifəsinin ilk 100 gününü qeyd etmək üçün mitinq keçirəcək.
Gundelik.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit “X” hesabında paylaşım edib.
“Prezident Tramp gələn çərşənbə axşamı Miçiqan ştatına qayıtmağı səbirsizliklə gözləyir.
Burada ikinci prezidentlik dövrünün 100 gününü qeyd etmək üçün Macomb dairəsində mitinq keçirəcək” – paylaşımda qeyd olunub.
Qeyd edək ki, 2024-cü il prezidentlik kampaniyası zamanı Miçiqan “yelləncək” ştatlarından biri hesab olunurdu. Tramp seçkilərdə cüzi fərqlə qalib gəlib.
Gundelik.az

