ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada neft, qaz və digər faydalı qazıntı yataqlarının axtarışı üzrə geoloji kəşfiyyat işlərinə tezliklə başlanılacağını vəd edib.
“Tezliklə bizim yeni, gözəl Qrenlandiyamızda iri miqyaslı neft, qaz və faydalı qazıntıların kəşfiyyatı başlayacaq!” — deyə prezident TruthSocial sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, ekspertlərin fikrincə, Qrenlandiyada “dünyanın demək olar ki, istənilən digər ölkəsinin ehtiyatlarını xeyli üstələyən” nəhəng həcmdə asanlıqla əldə edilə bilən neft mövcuddur.
O əlavə edib ki, Danimarkanın muxtar ərazisi olan bu ada ABŞ və Avropanın müdafiəsi və təhlükəsizliyi baxımından da “tayısız-bərabərsizdir”. Prezident vurğulayıb ki, Amerika ərazisinə istənilən hücum “qaçılmaz olaraq Qrenlandiyadan keçəcək”, haradakı müdafiə vasitələri “dronları, raketləri və ya hələ kəşf edilməmiş digər silah növlərini çətinlik çəkmədən məhv edə biləcək”.
Sentyabrın 22-də ABŞ, Danimarka və Qrenlandiya liderləri adada təhlükəsizlik sahəsində razılaşma imzalayıblar. Razılaşmalar çərçivəsində Vaşinqton, xüsusən də Qrenlandiya ərazisində “müdafiə rayonları” yaratmaq, hərbi əməliyyatları aktivləşdirmək və hərbi obyektlərin işini gücləndirmək hüququ əldə edir. Amerika təyyarələri Qrenlandiya və onun ərazi suları üzərində sərbəst uça, gəmiləri isə bu sularda hərəkət edə və sualtı mühitə çıxış əldə edə biləcəklər.
Hazırladı: İsgəndərova Zəhra
Gundelik.az

