Gundelik.az İdman “Yavaş, Barselona!” – “Fənərbağça”nın sabiq futbolçusundan diqqətçəkən paylaşım
İdman Xəbərlər

“Yavaş, Barselona!” – “Fənərbağça”nın sabiq futbolçusundan diqqətçəkən paylaşım

“Fənərbağça”nın sabiq futbolçusu Emmanuel Emenike “Qalatasaray”ın “Barselona” ilə qarşılaşması zamanı sosial şəbəkə hesabında etdiyi paylaşım ilə gündəmə gəlib.

Gundelik.az xəbər verir ki, nigeriyalı keçmiş hücumçu Kataloniya təmsilçisinin qollarını sevinclə qarşılayıb.

UEFA Çempionlar Liqası çərçivəsində keçirilən və “Qalatasaray”ın “Barselona”ya 1:4 hesabı ilə məğlub olduğu matçı izləyən Emenike rəqib komandanın qol anını televizor ekranından çəkərək sosial şəbəkədə paylaşıb.

“Taktika yoxdur, məşq yoxdur. Yavaş, Barselona, yavaş, Barselona!” – deyə sabiq futbolçu videoda bildirib.

Emenikenin paylaşımı “Fənərbağça” azarkeşlərinin marağına səbəb olsa da, “Qalatasaray” tərəfdarlarının narazılığı ilə qarşılanıb.

Ramal Bəhmənli
Gundelik.az

Exit mobile version