Gundelik.az Dünya İstanbulun mərkəzində qorxulu anlar: selə düşən qadın son anda xilas edildi
Dünya Xəbərlər

İstanbulun mərkəzində qorxulu anlar: selə düşən qadın son anda xilas edildi

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda güclü leysan yağışı küçə və prospektləri su altında qoyub.

Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, Hürriyyət məhəlləsində bir qadın sel sularına qapılaraq sürüklənməyə başlayıb. Ətrafdakı sakinlərin köməyi ilə xilas edilən qadının yaşadığı qorxulu anlar kameraya düşüb.

Hadisə Esenyurt rayonunun Hürriyyət məhəlləsində, Dereyolu ərazisində baş verib. Güclü yağış nəticəsində yollarda qısa müddətdə su yığılıb və güclü axın yaranıb. Bu zaman qadın yolda toplanan suyun axınına düşərək sürüklənib.

Qadının köməyə ehtiyacı olduğunu görən ətrafdakı insanlar dərhal müdaxilə ediblər. Güclü axına baxmayaraq, onlar qadını sudan çıxararaq xilas edə biliblər.

Leysan nəticəsində ərazidəki bəzi avtomobillər də su altında qalıb. Yollarda yaranan su yığınları nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub. Qadının selə düşməsi və sakinlər tərəfindən xilas edilməsi anları videoya çəkilib.

Nuri
Gundelik.az

Exit mobile version