Gundelik.az Dünya Livan İsraildən beş cənub ərazisini təhvil verməyi tələb edir
Dünya Xəbərlər

Livan İsraildən beş cənub ərazisini təhvil verməyi tələb edir

Livan Prezidenti Cozef Aun İsraili cənubda tutduğu nöqtələrdən tez bir zamanda geri çəkilməyə çağırıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Cozef Aun Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) missiyasının rəhbəri və komandanı general Aroldonu paytaxt Beyrutun şərqində yerləşən Baabda sarayında qəbul edib.

Ölkənin cənubundakı hadisələrin müzakirə edildiyi görüşdə Aun Livan ordusunun İsrailin geri çəkildiyi bütün şəhərlərdə yerləşdirmə prosesini tamamladığını bildirib.

Livan ordusunun cənub bölgələrini mina və silahlardan təmizləmək üçün səylərini davam etdirdiyinə diqqət çəkən Aun İsrailin cənubda 5 nöqtədə davam etdirdiyi işğala ən qısa zamanda son qoyulmalı olduğunu bildirib.

“Sözügedən ərazilərimizin sakinlərinin geri qayıtması ancaq cənub sərhədlərində təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə mümkün olacaq”, – Livan lideri deyib.

Görüşdə həmçinin Prezident Aun xaricə səfərləri zamanı cənubda təhlükəsizliyin təmin edilməsi üçün Livan ordusundan dəstək istədiyini və dost ölkələrin bu istəklərə müsbət cavab verdiyini bildirib.

Gundelik.az

Exit mobile version