Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Pakistan Hindistanla hava məkanını bağladı
Dünya Kateqoriya seçilməyən Xəbərlər

Pakistan Hindistanla hava məkanını bağladı

Kəşmirdə 20-dən çox insanın ölümünə səbəb olan və Hindistanın pakistanlıları günahlandırdığı son hücumdan sonra Pakistan hava məkanını Hindistan aviaşirkətləri üçün bağlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Belə ki, aprelin 22-də silahlılar mübahisəli Kəşmirin Hindistanın nəzarətində olan ərazisində turistləri güllələyiblər. Hindistan polisi üç şübhəlinin adını açıqlayıb və onlardan ikisinin pakistanlı olduğunu bildirib. 26 nəfər həlak olub.

Ertəsi gün Hindistan Hind çayının suları ilə bağlı Pakistanla 60 illik müqaviləni dayandırıb və ölkələr arasında yeganə quru sərhəd keçidini bağlayıb.

Bu müqavilə Hind hövzəsindəki altı çayın suyunun paylanmasını tənzimləyir və 1960-cı ildə imzalanıb.

Hindistanın xarici işlər naziri Vikram Misri bildirib ki, Dehlidəki bir sıra pakistanlı diplomatların ölkəni tərk etməsi tələb olunub və Hindistan diplomatları Pakistandan geri çağırılıb, bununla da hər iki ölkədəki diplomatik personalın sayı 55-dən 30-a endirilib.

Pakistan rəsmiləri ölkələr arasında münasibətlərin pisləşməsinə cavab olaraq ölkəyə potensial ziyan dəyəcəyi təqdirdə bərabər cavab veriləcəyi ilə hədələyiblər.

Pakistan hökumətinin bəyanatında deyilir: “Pakistanın suverenliyinə və vətəndaşlarının təhlükəsizliyinə hər hansı təhdid bütün sahələrdə sərt və simmetrik cavabla qarşılanacaq”.

Gundelik.az

Exit mobile version