Rəsmi Bakı ABŞ-nin istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitlik qüvvələrinin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac olduğunu bildirib. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. Ancaq bu da yetərli deyil.
Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.
Onun sözlərinə görə, İsrail və HƏMAS atəşkəsə riayət etməlidirlər, əks halda heç bir ölkə, o cümlədən Azərbaycan öz hərbçilərini Qəzzaya göndərməyəcək: “Sülhməramlı qüvvələr atəşin mərkəzində qalası deyillər. Məsələn, Misirdə ABŞ və 20-dən çox dövlət liderinin iştirakıyla atəşkəslə bağlı razılaşma əldə edildi. Buna baxmayaraq, HƏMAS da atəş açır, İsrail isə bombalayır. Bu atəşkəs deyil. Belə vəziyyətdə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi mümkün olmayacaq”.
“HƏMAS üzvlərinin tərksilah olunması sülhməramlı qüvvələrin vəzifəsi deyil. Sülhməramlılar yalnız humanitar yükləri müşayiət və inzibati binaların təhlükəsizliyini təmin edə bilərlər. Təəssüf ki, Qəzzadakı durum hələ bu mərhələyə gəlib çıxmayıb”, – deyə E. Şahinoğlu vurğulayıb.
Gundelik.az

