Gundelik.az Dünya Qəzzada 1 körpə daha soyuqdan donaraq ölüb
Dünya Xəbərlər

Qəzzada 1 körpə daha soyuqdan donaraq ölüb

Qəzza şəhərində güclü soyuq hava şəraiti nəticəsində bədən istiliyi düşən 2 həftəlik uşaq- Muhəmməd Həlil Əbu Hayr 2 gün əvvəl xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, intensiv terapiya şöbəsində müalicə olunan körpə bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
İsrailin son 2 il davam edən hücumları nəticəsində dağıntılarla üzləşmiş Qəzza bazar ertəsi axşamdan etibarən bölgəyə gələn soyuq hava dalğalarının təsiri altında qalıb.
10 dekabrdan etibarən 3 gün davam edən “Bayron fırtınası” güclü yağışlarla müşayiət olunub, nəticədə çadırlar su altında qalıb və zədələnmiş binalar çöküb.
Qəzza Hökumətinin Media Ofisinin məlumatına görə, soyuq hava səbəbindən 14 fələstinli həyatını itirib, 53000 çadır qismən və ya tamamilə zədələnib, bölgədə isə 4 milyon dollar dəyərində ziyan baş verib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version